İndoneziya prezidenti 35 inəyi qurban kəsəcək

Az.shafaqna.com xarici mediaya istinadən xəbər verir ki, İndoneziya prezidenti Coko Vidodo Qurban bayramında 35 inəyi qurban edəcək.

Qurbanlıq inəklər ölkənin bütün bölgələri üzrə bölünəcək və həmçinin paytaxt Cakartadakı İstiqlal məscidində də paylanılacaq.

Hər bir inəyin çəkisi 800-1000 kq arasındadır. Bütün heyvanlar diqqətli şəkildə seçilib və gözdən keçirilib.

Qeyd edək ki, İndoneziya dünyanın ən böyük müsəlman ölkəsidir və orada 266 milyondan çox insan yaşayır.

Bu məqaləni paylaş