Az.shafaqna.com xəbər verir ki, bunu İran İslan İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xamenei özünün Həcc müraciətində bildirib.
“Bir tərəfdən, bəndələrin ürəklərinə zikr, təvazökarlıq, yalvarış və mənəvi yüksəliş bəxş edərək, Allah-Taalaya yaxınlaşdırır. Digər tərəfdən isə ahəngdar hərəkətlər və bərabər ciddi-cəhd və əhatəliliklə dünyanın dörd bir güşəsindən bir yerə toplaşmış insanları bir-birilərinə bağlayır. Başqa bir tərəfdən, İslam Ümmətinin ən üstün təzahürünü özünün bütün sirlər və mənalarla dolu mərasimləri ilə dünya xalqlarının gözləri önünə sərgiləyir və Ümmətin əzmkarlığı və əzəmətini bədxahlara nümayiş etdirir.”, -deyə o qeyd edib.
Ayətullah Xamenei sonra deyib: “Bu il böyük Allah Evi həcci əlçatan deyil, lakin Allah Evinə diqqət, zikr, təvazökarlıq, yalvarış və günahların bağışlanmasını diləmək əlçatandır. Ərəfatda olmaq müyəssər deyil, amma Ərəfə günündə mərifət artıran dualar müyəssərdir. Minada şeytanın rədd edilib, daşlanması mümkün deyil, amma hər bir yerdə qüdrəttələb şeytanların dəf və rədd olunmaları mümkündür. Bədənlərin Kəbənin ətrafında vahid iştirakı imkanı yoxdur, amma Allahın kitabına istinad etmək və Qurani Kərimin aydın ayələrinin ətrafında ürəklərin vahid iştirakı həmişəki vəzifədir.”
İran İslam İnqilabı rəhbəri müraciətində Fələstin, Yəmən, İraq və digər müsəlman ölkələrindəki duruma, müharibə və digər məsələlərə diqqət çəkib.