Livan paytaxtı Beyrutda çərşənbə axşamı günü Beyrut Limanı rayonunda ölkənin Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib.

Az.shafaqna.com xəbər verir ki, yerli media partlayış zamanı 12 nəfərin öldüyünü bildirir.

Al Jazeera telekanalı Beyrut xəstəxanalarının dolduğunu önə çəkib; Limana yanğınsöndürənlər cəlb olunub, vertolyotlar havadan yanğını söndürməyə can atırlar.

Hadisə zamanı “Kataib” partiyasının baş katibi Nizar Nacaryan ölüb, Livan baş naziri Həsən Diabın ailəsi və müşavirləri xəsarət alıblar.

Rusiya səfirliyinin binasına partlayış zamanı ziyan dəyib, bir diplomatik korpus əməkdaşı xəsarət alıb. Qaxaxıstanın Livandakı konsulunun da müxtəlif xəsarətlər aldığı qeyd edilir.

Liman yaxınlığında bir neçə bina və evlərə də ciddi ziyan dəyib.

Partlayışın səbəbləri hələ dəqiq açıqlanmır. Ancaq Al Hadath İsrail hücumlarını istisna etməyib. Telekanal hücumun Hizbullahın anbarına həyata keçirildiyi versiyasını verib. Al Mayadeen telekanalı isə partlayışın partlayıcı anbarında baş verdiyini bildirib.

Qazaxıstan diplomatları partlayışlarının sayının bir neçə olduğunu açıqlayıblar.

İsrail mediası İsrail rəsmilərinin bu ölkəyə aid heç bir qoşunların hücum həyata keçirmədiyini bildirir.

Livanda internetdə problem yaranıb. İnternetdəki problemlərin partlayışla əlaqəsinin olub-olmadığı məlum deyil.

Beyrut qubernatoru partlayışı “Hirosima və Naqasaki”dəki partlayışla müqayisə edib. Livan xüsusi xidmət orqanları terror aktı versiyası haqqında danışmağın erkən olduğunu bildirib.

Livan prezidenti Mişel Aun Ali Müdafiə Şurasının yığıncağını çağıracağını açıqlayıb. O tibbi yardım haqqında göstəriş verərək, xəsarət alanların Səhiyyə nazirliyinin hesabına müalicə olunmasını əmr edib.

Baş nazir 5 avqustda ölkədə Milli matəm elan edib.

Türkiyə və ABŞ Livana evakuasiya ilə bağlı yardım təklif edib.

Bütün VİDEO və FOTOlar