Almaniyada daşqınlardan sonra neft sızması baş verib

Almaniyanın daşqınlardan əziyyət çəkən bölgəsində neft sızması baş verib.

Az.shafaqna.com Sputnik-ə istinadən bildirir ki, bu barədə Bild tabloidi Şimali Reyn-Vestfaliya torpağında yerləşən Köln şəhərinin rəhbərliyinə istinadən məlumat yayıb.

Daşqın nəticəsində Hükesvagen şəhərinin ətrafındakı müəssisələr su altında qalıb və neft və digər maddələrin sızıntısı baş verib. Hazırda mütəxəssislər su və havadan nümunələr götürürlər.

Güman edilir ki, çirklənmiş su yerli su anbarına da düşüb. Hazırda orada çimmək, suya dalmaq, balıq tutmaq və qayıqla gəzintiyə çıxmaq qadağan olunub.

Qeyd edək ki, Avropada yağan leysan yağışları çox sayda insanın evlərini tərk etməsinə, onlarla insanın ölməsinə və itkin düşməsinə səbəb olub.

Bu məqaləni paylaş