Yemelyanenko karyerasını tamamlamaq ehtimalı barədə

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, rusiyalı MMA döyüşçüsü Fyodor Yemelyanenko yaxın zamanda baş verəcək qarşılaşmadan sonra karyerasını baş çatdıra biləcəyinin mümkün olduğunu deyib.

“Əlbəttə ki, hər şey mənim hal-əhvalımdan asılıdır. Düşünürəm ki, hər bir döyüşdən sonra qərar qəbul edəcəyəm”, – deyə o, qeyd edib.

Yemelyanenkonun sözlərinə görə, hazırda özünü yaxşı hiss edir və gənc idmançılarla qarşılaşa bilir.

“Lakin öz fiziki göstəricilərimdən görürəm ki, bu, hətta artıq (əvvəllər) olanın yarısı da deyil”, – deyə idmançı əlavə edib.

Xatırladaq ki, Yemelyanenkonun hesabında 44 qələbə və 6 məğlubiyyət var. Həmçinin 1 döyüş baş tutmamlş hesab edilir.

O, 23 oktyabrda Moskvada döyüş keçirəcək, lakin hələ ki, onun rəqibinin kim olacağı bəlli deyil.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş