Bayden İraq Baş naziri ilə görüşəcək – BU TARİXDƏ

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden 26 iyulda Ağ Evdə İraq Baş naziri Mustafa əl-Kazımi ilə görüşəcək.

Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Onun sözlərinə görə, əl-Kazıminin səfəri zamanı ABŞ və İraq arasındakı əlaqələr, həmçinin təhsil, sağlamlıq, energetika və digər məsələlər müzakirə ediləcək.

Bu məqaləni paylaş