Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə BMT-a Egey dənizinin şərq hissəsindəki adaların hərbiləşdirilməsinin yolverilməzliyinə dair razılıq şərtlərini pozan Yunanıstandan şikayət edib.
Türkiyənin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu müvafiq məktubla BMT Baş katibi Antoniu Quterrişə müraciət edib.
“Afinanın Egey və Aralıq dənizlərindəki adalarda silahların yerləşdirilməsinin qadağan edilməsinə dair razılıqlardan önə gələn öhdəlikləri yerinə yetirməməsini faktına yenidən diqqət çəkmək istəyərdik”, – deyə sənəddə qeyd edilib.
Məktubda qeydedilən adaların, o cümlədən də Meisanın Türkiyənin materik torpaqlarına coğrafi yaxınlığı xatırladılıb.
Bildirilib ki, Yunanıstanın bu hərəkətləri 1923-cü il tarixli Lozan sülh sazişi və 1947-ci il tarixli Paris sülh sazişinin pozulmasıdır.
“Yunanıstan tərəfinin hərəkətləri Türkiyə təhlükəsizliyi üçün real və ciddi təhdiddir”, – deyə qeyd edilib.
Türkiyə tərəfi bildirir ki, Yunanıstan tərəfinin beynəlxalq razılıqların şərtlərini pozmasının səbəb olduğu istənilən eskalasiya regiondakı sülh və təhlükəsizliyə təsir edəcək.
“Ankara dəfələrlə diplomatik kanallarla Yunanıstan adalarındakı pozuntular barədə bəyan edib. Əgər Afina öhdəliklərinə geri dönməsə, yuxarıda qeyd edilən sənədlərə əsaslanmış digər tələblərin irəli sürülməsi hüququndan, o cümlədən də suveren dəniz yurisdiksiyasının müəyyən edilməsi hüququndan məhrum olacaq”, – deyə bildirilib.
Mehriban qonşuluq münasibətləri və əməkdaşlıq prinsipinə söykənərək, Ankara Yunanıstanı hərbisizləşdirilmiş adaların statusunu bərpa etməyə səsləyir.