
Az.shafaqna.com xəbər verir ki, İranın Zahidan şəhərinin Korrin bölgəsindəki Gəluqah kəndinin yaxınlığında, Sepah qüvvələrinin iki avtomobilinin hərəkəti zamanı baş verib.
Terror aktı “Ceyşul Zülm” qruplaşması tərəfindən yola yerləşdirilən partlayıcı qurğu vasitəsilə törədilib.
Zahidan millət vəkili Feda Hüseyn Maleki “Mehr” agentliyinə açıqlamasında deyib ki, terror aktı zamanı 1 nəfərin şəhid olma xəbəri düz deyil, bir nəfər yaralanıb.
Maleki həmçinin bildirib ki, partlayıcı qurğunun yeri təsbit edilib, biri zərərsizləşdirilib, digəri isə partlayıb.
Yaralının vəziyyəti haqda danışan Maleki onun xəsarətlərinin yüngül olduğunu vurğulayıb.






























