Rusiyadan göndərilən metro qatarlarından biri Bakıdadır – VİDEO

Azərbaycanın Rusiyadan aldığı metro qatarlarından biri Bakıya çatıb.

Az.shafaqna.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin facebook səhifəsi məlumat paylaşıb. Qeyd olunub ki, 5 vaqondan ibarət göndərilən birinci qatar artıq Bakı Metropoliteninin deposundadır.

Xatırladaq ki, Rusiyanın “Metrovaqonmaş” Səhmdar Cəmiyyətinin “Bakı Metropoliteni” üçün istehsal etdiyi hər biri 5 vaqondan ibarət olan 4 qatar tərkibi iyunun sonunda Bakıya yola salınmışdı.

Bu məqaləni paylaş