Gürcüstanda məhdudiyyətlərin bərpası planlaşdırılırmı?

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Tbilisi İnfeksion Xəstəxanasının baş direktoru Tengiz Tsertsvadze Gürcüstanda məhdudiyyətlər bərpa və ya lokdaunun elan edilib-edilməyəcəyi barədə danışıb.

“Ola bilsin ki, bu, zəruridir, lakin əgər hər şeyi götür-qoy etsək, yəni müsbət və mənfi tərəfləri, o zaman (görmək olar ki,) dövlət hər hansı bir sərt məhdudiyyətlər və lokdaunları bərpa etməmək fikrinə sadiqdir. Çünki ölkə nəhayət nəfəs aldı, olduqca sürətli iqtisadi artım müşahidə edilir və turistik sezon da olduqca uğurludur. Bütün bunları geri qaytarmaq ölkə, onun iqtisadiyyat və xalqı üçün olduqca ağrılı olacaq. Ona görə də ölkə hətta yüksək səfərbərlik şəraitində belə məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır”, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, əgər həkim mövqeyindən danışılsa, məhdudiyyətlərin ləğvi üçün tez idi, lakin dövlət və vətəndaşların normal həyat zərurəti mövqeyindən baxılsa, tez deyildi.

Tsertsvadze bildirib ki, ölkənin iqtisadiyyatı və vətəndaşların səbri məhdudiyyətlərin davam etdirilməsinə dözməzdi.

“Bu cür şəraitdə – məhdudiyyətlərin olmadığı və halların çox olduğu şəraitdə Səhiyyə Nazirliyi və kliniki sahə xüsusi hücum altında qalır. Bunun çıxış yolu isə yüksək kovid şəraitində yaşamağı öyrənmək və kliniki resursları maksimum səfərbər etməkdən ibarətdir. Kliniki sektor itkilərin minimal olması üçün mümkün və qeyri-mümkün olanı etməlidir, hələ ki, səhiyyə sektoru bunu olduqca uğurlu edir”, – deyə o, əlavə edib.

Bu məqaləni paylaş