Az.shafaqna.com DPA-ya istinadən xəbər verir ki, Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts federal torpaqlarında şiddətli yağışların səbəb olduğu sel və daşqınların qurbanlarının sayı artaraq 81-ə çatıb.
Reynland-Pfaltsda 50 nəfər, Şimali Reyn-Vestfaliyada isə 31 nəfər həyatını itirib.
Reynland-Pfaltsın Arvayler regionunun rəhbərliyi bəyan edib ki, 1300 insan itkin düşmüş hesab edilir. Regionda telefonlar işləmir, bir çox vətəndaşla əlaqə qurula bilmir.
Hər iki federal torpaqda evlər məhv olub, uçqun təhlükəsi var, küçələr suyun altında qalıb.
Bu məqaləni paylaş