
Az.shafaqna.com TASS-a istinadən xəbər verir ki, isti havada tibbi maskalar daha tez yararsız hala gəlir, bu səbəbdən də koronavirusdan effektiv qorunma üçün onları tez-tez dəyişmək lazımdır.
Bunu rusiyalı mütəxəssis Mixail Lebedev deyib.
“Maskaları tez-tez dəyişmək lazım olacaq, çünki istidə onlar daha tez nəmlənir və qoruyucu qat daha tez sıradan çıxır, effektivlik isə aşağı düşür. Bundan başqa, yayda tünd rəngli fərdi qoruyucu vasitələrinin istifadəsindən imtina etmək lazımdır”, – deyə o qeyd edib.
O deyib ki, Rusiya şəhərlərində koronavirusun yayılma təhlükəsi hələ qalır və sosial məsafə saxlanıla bilməyən hər yerdə fərdi qoruma vasitələrindən istifadə etmək lazımdır.






























