Gürcüstanda tibb işçiləri üçün vaksinasiya icbari olacaq?

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanda tibbi personalın məcburi vaksinasiyası hələ gözdən keçirilmir, lakin belə bir zərurət yarana bilər.

Bu barədə Gürcüstan səhiyyə nazirinin müavini Tamar Qabuniya bildirib.

Onun fikrincə, insanın öz sağlamlığı ilə bağlı seçim etmək hüququ var.

“Bu məsələni təyin edən çoxlu ölkələr var. Fransa bizdən öncə vaksinasiyaya başladı və düşünürəm ki, orada bütün istiqamətlər üzrə könüllü resurs türkənib, bizdə isə bu resurs hələ var. Biz bu prosesə nisbətən gec başladıq. Vaksin seçimi yox idi, kifayət qədər vaksin yox idi. Avqustun sonunadək tibbi personal arasında vaksinasiyanın gedişatına baxmaq lazımdır. O zaman, ola bilsin ki, bunu həmkarlarla aktiv şəkildə müzakirə edəcəyik. Əlbəttə, mən istisna etməsəm də, hər bir halda düşünürəm ki, tibbi sahədə vaksinasiya aktivliyi artacaq”, – deyə o, qeyd edib.

Qabuniya bildirib ki, tibb işçiləri arasında vaksinasiya göstəricisi olduqca aşağı olaraq qalmaqdadır. Bu sahədə çalışan 45 nəfərdən yalnız 11 mini vaksinasiya edilib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş