Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstan parlamentinin sədri Kaxa Kuçava işğalçı qüvvələr tərəfindən qeyri-qanuni şəkildə tutulmuş Zaza Qaxeladzenin sərbəst buraxılmasına münasibət bildirib.
O deyib ki, Zaza Qaxeladzenin 1 ildən də artıq çəkən saxlanılmasından sonra o, ailəsinə geri dönüb.
Kuçavanın sözlərinə görə, Gürcüstan torpaqlarının işğalı müvəqqətidir və işğal tezliklə başa çatacaq.
Xatırladaq ki, Qaxeladze 2020-ci il 11 iyulda Sxvilo qalası yaxınlığında işğalçı qüvvələr tərəfindən tutulmuşdu.
Bu məqaləni paylaş