
Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, İraq prezidenti Bərham Saleh hökumət tərəfindən müvafiq sorğu daxil olarsa, parlamentin buraxılmasına icazə verəcəyini bildirib.
O, ölkədə növbədənkənar seçkilərin elan edilməsi ehtimalını bu cür şərh edib.
Parlamentin buraxılması mövzusu Baş nazir Mustafa əl-Kazıminin 6 iyun 2021-ci ildə ölkədə vaxtından əvvəl seçkilər təyin etməyə hazır olduğunu bəyan etməsindən sonra aktuallaşıb.
Saleh vaxtından əvvəl seçkiləri İraqın siyasi islahatlarının bir hissəsi, həmçinin İraq xalqının qanuni hüququ adlandırıb.
“Mən hökumətin təşəbbüsünü təsdiq edəcək və məsələni müzakirə üçün parlamentə göndərəcəyəm”, – deyə İraq prezidenti bildirib.
O, vaxtından əvvəl seçkilərin beynəlxalq müşahidə altında keçirilməsinin əhəmiyyətini qeyd edib.
İraq qanunvericiliyinə əsasən, parlamenti buraxılması üzrə seçkilərin keçirilməsi üçün deputatların ən azı 3-də 1-nin səsi, parlamentin buraxılması üçün isə deputatların əksəriyyətinin səsi tələb olunur.
Buraxılmaya dair seçki hökumət başçısının müvafiq sorğusunu təsdiq etdikdən sonra keçirilir.






























