Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, rusiyalı həkimlər susuzlaşdırmanın təhlükələri danışıb və istilər zamanı su balansının niyə saxlanılmalı olduğunu açıqlayıblar.
“Kifayət qədər su içmək lazımdır, çünki o, həzmi normallaşdırır, bədən temperaturunu və qan təzyiqini nizamlamağa kömək edir”, – deyə həkim Anna Qalkina bildirib.
Həmçinin su çatışmazlığı oynaqlara da təsir edir.
Neyrocərrah Nina Voznesenskaya deyib ki, onurğasında ağrılar olan pasiyentlərin təxminən 20%-i susuzlaşdırmadan əziyyət çəkir. Osteoxondrozun əsasında susuzlaşdırma durur, oynaqda nəm çatışmazlığı artroz və digər xəstəliklərə aparan ilk addımdır.
Həkimlər sutma ərzində hər 1 kq çəki üçün təxminən 30 ml su qəbul etməyi məsləhət görürlər.
Bu məqaləni paylaş