Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Los-Ancelesdə atışma baş vermiş atışma zamanı 4 nəfər xəsarət alıb.

Yerli mənbənin məlumatına görə, yaralılardan ikisinin vəziyyəti ağır, birinin vəziyyəti isə kritikdir.

Yaralılardan 3-nə hadisə yerindəcə yardım göstərilib, daha sonra isə xəstəxanaya göndəriliblər.

Digər yaralı isə hadisə yerindən qaçmağa çalışarkən biləyindən yaralanıb.

“CBS Los Angeles” bildirir ki, insident baş verən ünvanda ABŞ Milli Futbol Liqasının oyunçusu qonaqlıq təşkil edib.

Şəhərdə koronavirus səbəbi ilə çox sayda adamın yığışmasının qadağan edilməsinə baxmayaraq, evdə onlarla insan olub.

Hadisə yerinə polislər gəlib.