Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin arasında telefon danışığı baş tutub.
Tərəflər ikitərəfli əlaqələrin vəziyyət və perspektivlərini, həmçinin regional prosedurları müzakirə ediblər.
Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsindən bildirilib ki, Ərdoğan və Cinpin ticari, investisiya, energetika, nəqliyyat və digər sahələrdəki əlaqələrin inkişaf yolları barəsində fikir mübadiləsi aparıblar.
Ərdoğan xatırladıb ki, bu il iki ölkə arasındakı diplomatik münasibətlərin 50 ili olacaq və deyib ki, Türkiyə bu hadisəni “dərin dostluq əlaqələrinə sahib ölkələrə layiq şəkildə” qeyd etməyə hazırdır.
Türkiyə prezidentinin sözlərinə görə, Ankara və Pekin həm beynəlxalq, həm də regional arenada iqtisadi və diplomatiya sahələrində böyük potensiala sahibdir.
Ərdoğan iki ölkə arasındakı əməkdaşlığın dərilnəşdirilməsi üçün yeni stimula çevriləcək Yüksək Səviyyəli Birgə İşçi Qrupunun yaradılmasını yüksək qiymətləndirib.
Türkiyə prezidenti Ankaranın Çində yaşayan uyğurların bərabər vətəndaş hüquqları, azadlıqlarının təminat və rifahının yüksəkdilməsinə verdiyi əhəmiyyətə diqqət cəlb edib.
Ərdoğan əlavə edib ki, Türkiyə Çinin suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşır.