Tbilisi meri Azərbaycan prezidenti ilə görüşdü

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze Bakı səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.

Bu barədə Tbilisi meriyasının mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı tərəflər iki ölkə arasındakı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ötən gün Tbilisi və Bakı şəhərlərinin qardaş şəhərlərə çevrilməsinə dair memorandumun əhəmiyyəti qeyd edilib.

“Şəxsən mənim üçün, Azərbaycan dost ölkədir, mənim burada çoxlu dostlarım var. Mən energetika naziri qismində tez-tez sizin paytaxtınızda olmuşam və mənim nəzərimcə, o, hər gün daha da gözəlləşir. Sizə gözəl qonaqpərvərliyə görə təşəkkür etmək istəyirəm”, – deyə Kaladze bildirib.

İlham Əliyev görüş zamanı Bakı və Tbilisi arasında qardaşlığın əhəmiyyəti barədə danışıb və Kaladzenin Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlədilməsindəki şəxsi töhfəsini qeyd edib.

“Dünyada çoxlu gözəl şəhərlər var, lakin Bakı və Tbilisi xarakter gözəllik və mədəniyyət ilə, tarixi abidələrə böyük diqqətlə fərqlənir. Mən bilirəm ki, siz Tbilisinin yaxşılaşması, həmçinin Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin inkişafı üçün böyük səylər göstərirsiniz”, – deyə Əliyev bildirib.

Bu məqaləni paylaş