Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ərazisinin hərbi mənimsənməsinin başlanması Rusiyanı narahat edən faktdır.
“Biz görürük ki, bu ərazinin (Ukraynanın) hərbi mənimsənilməsi başlayır. Bax, budur bizi narahat edən. Mən artıq dəfələrlə öz fikrimi bildirmişəm. Düşünürəm ki, bizim əndişələrimiz sonunda bunu edənlər tərəfindən eşidiləcək”, – deyə o, qeyd edib.
Üstəlik Putin deyib ki, “bunu edən Ukrayna deyil”, onun ərazisi və insanlarını bu cür istifadə edirlər.
“Çox ümid edirəm ki, bizim əndişələrimiz ciddi şəkildə dərk ediləcək”, – deyə o, əlavə edib.
Bu məqaləni paylaş