KARL-JOSEF HILDENBRAND/PICTURE ALLIANCE VIA GETTY IMAGE

Az.shafaqna.com “Travel and Leisure”-yə istinadən xəbər verir ki, uçan taksilər 120 km/s ilə hərəkət edə biləcək.

Onlar 4 sərnişin götürə və 100 km-dək məsafəni qət edə biləcəklər.

“CityAirbus” adlandırılan uçan taksilər məsafədən idarə edilir və elektriklə işləyir.

Onun yaradıcıları ümid edirlər ki, yaxın zamanda bu taksilər tıxaclardan yaxa qurtarmağa imkan verərək insanların daşınmasında istifadə ediləcək.

Hər bir nəqliyyat vasitəsi 4 propeller ilə təchiz edilib. Onun hərəkəti üçün sürücü lazım deyil. Sosial məsafə şəraitində bu, yerüstü taksilər qarşısında mühüm üstünlükdür. Digər bir üstünlük isə uçan taksilərin səssiz olmasındadır.

Maşınlar ilk uçuşlarını 2019-cu ilin dekabrında Almaniyada həyata keçirərək sınaqdan uğurla keçib.

Onların istismara veriləcəyi tarix barədə isə hələ dəqiq məlumat yoxdur.