Az.shafaqna.com “Geo TV”-a istinadən xəbər verir ki, Pakistanın şimal-şərqində insanları daşıyan avtobus partladılıb.
İnsident bu gün Yuxarı Kohistan dairəsində baş verib.
Nəticədə azı 10 nəfər həyatını itirib, 39 nəfər isə yaralanıb.
Avtobus bəndin inşasında işləyən insanları daşıyırdı. Dünyasını dəyişənlər arasında Pakistan Sərhəd Korpusunun 2 üzvü və 4 əcnəbi var.
Bu məqaləni paylaş