Xarici İşlər Nazirliyi Çinin Suçjou şəhərində mehmanxana binasının çökməsi nəticəsində həlak olanlarla bağlı baş sağlığı verib.
Az.shafaqna.com-un məlumatına görə, nazirlik bu barədə öz “Twitter” səhifəsində yazıb.
Başsağlığında deyilir: “Biz Çinin Suçjou şəhərində mehmanxananın çökməsi zamanı həlak olanların ailələrinə başsağlığı veririk. Xəsarət alanların tez bir zamanda sağalmalarını və xilasedicilərə uğurlar arzulayırıq. Çin hökuməti və xalqına dəstəyimizi və həmrəyliyimizi bildiririk”.
We extend our deep condolences to the families of the victims of a hotel collapse in the city of #Suzhou of #China. Wishing speedy recovery to the injured and best of luck to the rescue workers. Our solidarity and support are with the People and Government of China. 🇦🇿🇨🇳
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) July 14, 2021