
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Çeçenistan rəhbərliyi 100-dən çox gənci tərbiyələndirmək üçün Moskvadan Çeçenistana gətirib. Həmin gənclər evlərindən uzaq düşməklə narkotikə aludə olublar və ictimai asayişi pozublar.
Rusiya parlamentinin deputatı Adam Delimxanov Qroznı şəhərində geri qayıtmış gənclərlə görüşüb. Görüşdə taqsırkar gənclərin qohumları, ruhanilər və hüquq-mühafiqə orqanlarının nümayəndələri də iştirak edib.
“Çeçenistandan çıxan sakinlərin hərəkətləri haqda hər gün Çeçenistan başçısı Ramzan Kadırova sosial şəbəkələrdə yazırlar ki, bax, guya, sizinkilər ediblər. Kadırov xalqı özümüzünkü və özgəyə bölmür, harada olmağınızdan asılı olmayaraq, siz çeçen xalqını təmsil edirsiniz. Nalayiq hərəkətləriniz isə çeçenin, müsəlmanın adını hörmətdən salır, belə bir şeyə isə yol verə bilmərik. Buna görə də biz sizi evinizə qaytardıq ki, qohumlarınızın da köməyi ilə siz öz səhvləriniz anlayıb düzəldə biləsiniz”, – deyə Delimxanov görüşdə bildirib.
O qeyd edib ki, bədxahlar “büdrəmiş” gənclərdə Çeçenistana qarşı istifadə edə bilərlər. Çeçenistan rəhbərliyi gəncləri qorumağa, onları düzgün yola yönəltməyə çalışır.
“Özünə hörmət edən hər bir kişi vətənini, xalqını, ləyaqətini və namusunu qorumağa və onların uğrunda ölməyə hazır olmalıdır”, – deyə o qeyd edib və əlavə edib ki, xırda şeylərin və ya narkotik maddələrin üstündə dava yolverilməzdir.
“Bu, rüsvayçılıqdır. Heç kəs də, sizin harada olmağınızdan asılı olmayaraq, buna imkan verməyəcək”, – deyə o bildirib.
O bildirib ki, heç kəs gəncələr təhsil almağa, işləməyə, inkişaf etməyə mane olmur, hökumət cüzi şeylər barədə xahiş edir: hərəkətlərinizə fikir verin, qanunu pozmayın və istənilən yer və şəraitdə özünüzü layiqli aparın.
O deyib ki, ictimai asayişi pozanlar vətənlərinə geri qaytarılacaq və əmək tərbiyəsindən keçəcəklər: şəhərin və bölgələrin küçə işlərində işlədiləcəklər.






























