Az.shafaqna.com “Islam Today”-a istinadən xəbər verir ki, Özbəkistanda müsəlmanlar Qurban bayramı namazını məscidlərdə qıla biləcəklər.
Bu barədə Özbəkistan Müsəlmanlar İdarəsi bəyan edib.
Xatırladaq ki, ölkədə iyun ayında epidemioloji vəziyyətlə bağlı olaraq əlavə məhdudiyyətlər tətbiq edilib. Bundan sonra ibadətləri yalnız məscidlərin açıq ərazilərində etməyə icazə verilib.
Məscidə gələn şəxslər müəyyən edilmiş (maska, əlcək, sosial məsafə) qaydalara əməl etməlidirlər.
Bu məqaləni paylaş