Yəhudi fanatiklərdən Qüdsdə növbəti təxribat

Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, fanatik yəhudilər İsrail qüvvələrinin müşayiəti ilə Qüds şəhərində yerləşən əl-Əqsa məscidinin ərazisinə soxulmağa davam edirlər.

Bu barədə Qüds İslami Fondlar İdarəsindən məlumat verilib.

Belə ki, 99 fanatik bu gün Bab əl-Məğarib qapılarından əl-Əqsa ərazisinə giriblər.

Onlar İsrail qüvvələrinin müşayiəti ilə ərazidə gəzişdikdən sonra oranı tərk ediblər.

Qeyd edək ki, fanatik yəhudilərin bu cür hərəkətləri Qüdsdə gərginliyin artmasına səbəb olur və toqquşmalara gətirib çıxarır.

Bu məqaləni paylaş