
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Ümumrusiya Elmi-Araşdırma İnstitutunun Çukotka Muxtar Dairəsinin (ÇMD) Anadır şəhərinin ətrafındakı pis epidemik vəziyyətlə bağlı xəbərdarlıq edib.
Xəbərdarlığa səbəb isə quduzluq xəstəliyinin daşıyıcısı olan kürən tülkülərin sayının artmasıdır.
Qeyd edilir ki, bölgədə karantin elan edilib, çünki son 3 ildə ilk dəfə olaraq ev heyvanının quduzluğa yoluxması halı qeydə alınıb.
Anadır sakinlərinə quduzluq əleyhinə profilaktiki tədbirlər, həmçinin vəhşi heyvan dişlədikdən sonra vaxtında həkimə müraciət edilmədikdə baş verəcək ağır nəticələr barədə məlumat veriləcək.






























