Maduro: Mənə qarşı 2 yeni sui-qəsd planı hazırlanırdı

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro bildirib ki, son zamanlar ona qarşı iki sui-qəsd planı hazırlanırdı.

“Onlar 24 iyunda Karabobo döyüşünün 200 illiyi münasibəti ilə keçiriləcək bayram zamanı dronlardan istifadə edərək növbəti hücumu planlaşdırırdılar. Biz onun qarşısını aldıq, neytrallaşdırdıq. Mən bunu ilk dəfə deyirəm, çünki indiyədək araşdırma davam edir”, – deyə o, qeyd edib.

Maduro əlavə edib ki, 2-ci sui-qəsdin isə 5 iyulda parad zamanı həyata keçirilməsi planlaşdırılırdı. Həmin tarixdə Venesuelanın müstəqilliyinə dair deklarasiyanın imzalanması günü qeyd ediilir.

Xatırladaq ki, 2018-ci ilin avqust ayında Maduroya qarşı uğursuz sui-qəsd həyata keçirilmişdi. Belə ki, parad zamanı Maduronun olduğu tribunaya bombalı bir neçə dron yaxınlaşıb. Bir neçə hərbçi xəsarət alıb, lakin Venesuela prezidentinə heç nə olmayıb.

Bu məqaləni paylaş