Qamkrelidzedən Gürcüstanda 4-cü dalğa xəbərdarlığı

Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstandakı epidemioloji vəziyyət olduqca mürəkkəbdir.

Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət üzrlə Milli Mərkəzinin başçısı Amiran Qamkrelidze bildirib.

“Böyük ehtimalla, biz koronavirusun ağır 4-cü dalğasına daxil olacağıq”, – deyə o, qeyd edib.

Qamkrelidzenin sözlərinə görə, ölkədəki epidemioloji vəziyyət pisləşməkdədir və Mərkəz Koordinasiya Şurasına (KŞ) 3 məshələt təqdim edib: intensiv vaksinasiya, testlərin genişləndirilməsi və müvafiq məsləhət və məhdudiyyətlərə tam riayət.

“Koronavirus iqtidar, müxalifət fərqi qoymur, o, hər kəsi eyni hədələyir və təəssüf ki, olduqca çox can alır. Ona görə də biz daha çox həmrəylik və daha çox diqqət göstərməyə çağırırıq ki, infeksiyanı bir cür birlikdə dayandıraq və virusa qalib gələk”, – deyə o, əlavə edib.

Bu məqaləni paylaş