Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Tbilisi meri Kaxa Kaladze 13-14 iyulda Bakıya rəsmi səfər edəcək.
Bu barədə Gürcüstan paytaxtı meriyasının mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Azərbaycan paytaxtında iki şəhərin – Tbilisi və Bakının qardaşlaşmasına dair memorandum imzalanacaq.
Yüksək səviyyəli görüşlər planlaşdırılıb. Kaladzeni Bakıda onun müavini İlya Eloşvili müşayiət edəcək.
Bu məqaləni paylaş