İldırım “selfi” çəkən 11 nəfəri öldürdü – HİNDİSTANDA

Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Hindistanın şimalında ildırım çaxması nəticəsində azı 60 nəfər həlak olub.

Həftəsonu bölgədə tufanla müşayiət olunan musson yağışları başlayıb.

Təbii fəlakətdən ölümlər əsasən kənd yerlərində qeydə alınıb.

Uttar-Pradeş ştatında 41 nəfər ildırımdan həyatını itirib.

Dünyasını dəyişənlər arasında qadınlar və uşaqlar çoxdur.

Racastanda selfi edən 11 turist də ildırımvurması nəticəsində ölüb.

Daha 9 nəfər isə ştatın fərqli-fərqli yerlərində oxşar səbəblə vəfat edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş