Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, “2009 PQ1” adlı asteroid Yer kürəsinə yaxınlaşır.

84-190 metrlik olan asteroidin ölçüsü təxminən futbol sahəsinin ölçüsü kimidir.

Maksimal yaxınlaşma 5 avqust Bakı vaxtı ilə 20:35-də olacaq.

Səma cismi ilə Yür kürəsi arasındakı minimal məsafə Yer ilə Ay arasındakı məsafədən 7 dəfə çox olacaq.

Adıçəkilən asteroid 2009-cu il 14 avqustda aşkar edilib. O, uçuş yolları Yerin orbiti ilə kəsişən “Apollon” qrupuna daxildir. “2009 PQ1” planetimizə növbəti dəfə 2137-ci ildə yaxınlaşacaq.