Zurabişvili MSK sədri postuna namizədləri təqdim etdi

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Mərkəzi Seçki Komitəsinin (MSK) başçısı postuna və MSK üzvünün 1 vakant yerinə namizədləri parlamentə təqdim edib.

MSK sədrinin boş yerinə 2 namizəd var – MSK-ın İnsan Resursları İdarəsi Departamentinin 37 yaşlı başçısı Giorgi Kalandarişvili və hüquq departamentinin başçısı 31 yaşlı Giorgi Santuriani. Parlament müxalifəti artıq bəyan edib ki, heç bir namizədi dəstəkləməyəcək.

MSK üzvünə gəlincə isə, bu vakant vəzifəyə 5 namizəd təklif edilib: Giya Tsatsaşvili, Anna Mikeladze, Lela Taliuri və Tamara Saratniya.

Yeni qaydalara əsasən, əgər MSK başçısı vəzifəsinə namizəd deputatların 2/3-nin səsini toplayarsa, 5 il bu vəzifəni icra edəcək, yox, əgər 76 deputatın dəstəyini qazanarsa, onun səlahiyyət müddəti cəmi yarımil olacaq.

Xatırladaq ki, daha öncə MSK sədri vəzifəsində olan Tamar Jvaniya istefa verib.

Bu məqaləni paylaş