Ucarda yeni doğulmuş uşaq tapılıb.
Az.shafaqna.com-un xəbərinə görə, bu gün səhər saatlarında rayon ərazisində fəaliyyət göstərməyən idarənin həyətində mal-qara otaran yerli sakin beşikdə yeni doğulmuş körpə oğlan uşağı tapıb.
Uşaq ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
Fakt araşdırılır.
Bu məqaləni paylaş