Polşa Türkiyədən dönən polşalılara yeni tip koronavirusla (Covid-19) bağlı karantin tətbiq olunmayacağını açıqlayıb.
Az.shafaqna.com trthaber-ə istinadən xəbər verir ki, Polşa Xarici İşlər Nazirliyi “twitter”dən etdiyi paylaşmada yazıb: ”10 iyuldan etibarən Türkiyədən dönən polşalılar 10 günlük karantinə girmək məcburiyyətində deyil.”
Paylaşmada “Schengen” bölgəsi və Avropa İqtisadi Sahəsi (EEA) ölkələrinin bayraqları ilə yanaşı, Türkiyə bayrağı da yer alır.
Polşa mətbuatı da Avropa İttifaqı və EEA ölkələrinə əlavə olaraq Türkiyənin də karantin tətbiq olunmayan ölkələr siyahısına salındığı və Türkiyədən qayıdanların neqativ nəticəli “Covid-19” testlərinə əsasən 10 günlük karantindən uzaq olacağını yazır.
Bu arada qeyd edək ki, Türkiyənin Antaliya rayonuna yanvar-iyun ayları dövründə Polşadan 91 minə yaxın turist gəlib.