
Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstandakı təqaüd aktivləri hazırda 890 milyon lari (təxminən 290 milyon dollar) təşkil edir.
Bu haqda Gürcüstan Pensiya Agentliyi məlumat yayıb.
3 avqusta olan vəziyyətə əsasən, təqaüd aktivlərinin 100%-i lari ilə saxlanılır.
Təqaüd akivlərinin illik effektiv gəlirliliyi 11,4% təşkil edir. Bu rəqəm ölkədəki illik inflyasiyadan 2 dəfə çoxdur. İnflyasiya göstəricisi, iyul ayında, 5,7% olub.
Gürcüstanda toplama təqaüd sistemi 2019-cu il 1 yanvardan işə düşüb. Hazırlanmış sxemə əsasən, nominal illik gəliri 24 min laridən (təxminən 9 min dollar) az olan vətəndaşın təqaüd hesabına onun maaşının 6%-i köçürüləcək: 2%-i onun özü, 2%-i onu işə götürən və digər 2%-i dövlət ödəyəcək. İllik maaşı 24-60 min lari arası olanlara isə dövlət cəmi 1% köçürmə edəcək.
Təqaüd sistemi qismən icbaridir: toplama təqaüdü yalnız yaşı 40-dan aşağı olanlar üçün məcburidir. Digərlərinin isə seçim hüququ var.












