Az.shafaqna.com 1TV-a istinadən xəbər verir ki, Gürcüstanın xarici işlər naziri David Zalkaliani hindistanlı həmkarı Subramanyam Cayşankar ilə görüşüb.
Zalkaliani ona bu tarixi səfərinə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, bu, Hindistan XİN başçısının müstəqil Gürcüstana ilk səfəridir.
Nazirlər Gürcüstan və Hindistan arasındakı ikitərəfli əlaqələrin artan dinamıkasını və onların müxtəlif sahələrdəki əhəmiyyətini qeyd ediblər.
Onlar investisiya sahələrindəki əməkdaşlığı da yüksək qiymətləndiriblər.
Bundan başqa, Zalkaliani Gürcüstanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək olduğu üçün Hindistana öz təşəkkürünü bildirib.
Bu məqaləni paylaş