Mənim timsalımda bütün Türk Dünyası BMT-yə sədrlik edir – Bozkır

Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Assambleyasının sədri Volkan Bozkır Türkmənistan, Özbəkistan, Qırğızıstandan sonra Orta Asiya səfərinin son dayanacağı olan Qazaxıstana gedib.

Az.shafaqna.com Türkiyə mediasına istinadən xəbər verir ki, paytaxt Nur-Sultanda çıxışı zamanı V.Bozkır Orta Asiyaya səfərinin məqsədini açıqlayıb.

“Səfərimin səbəbi bu ölkələrin səslərini bütün dünyaya çatdırmaqdır. Mən BMT Baş Assambleyasının sədri olmaqla yanaşı, bir Türkiyə vətəndaşıyam. Buralara gəlmək mənim üçün ayrı bir hissdir.”, -deyə bildirib.

Bızkır sonra deyib: “Mən hər vaxt bunu söyləyirəm: bir türk BMT Baş Assambleyası sədri olmaq eyni zamanda həm də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın təmsilçisi olmaq deməkdir. Mənim şəxsimdə bütün türk dünyası BMT-yə sədrlik edir.”

Birləşmiş Millətlər Təşkilatının 75-ci Baş Assambleyasının sədri  Orta Asiya ölkələrinin Əfqanıstanla bağlı narahat olduğunu qeyd edib.

O deyib:  “Bu ölkədəki son proseslər sülh və sabitliyə kölgə salıb. Bölgə ölkələrinin bu məzmunda görüş və fikirləri mütləq bu problemin həlli üçün əhəmiyyətli olacaq.

7 avqustda Orta Asiya Dövlət Başçıları Zirvə Toplantısının keçirilməsi əhəmiyyətlidir. Bu yığıncaqdan deyiləcək, veriləcək mesajlar birlikdə Əfqanıstan məsələsilə bağlı addımlar atmaq üçün mühüm mərhələ olacaq. Yəqin ki, Qazaxıstan bu mövzuda liderlik missiyasının öhdəsindən gələ biləcək”.

Bu məqaləni paylaş