
Az.shafaqna.com “Komsomolskaya pravda”-ya istinadən xəbər verir ki, həkim-endokrinoloq Yekaterina İvannikova artıq çəkiyə səbəb olan içkilər barədə danışıb.
Onun sözlərinə görə, şirələr, kvaslar və qazlı içkilərin tərkibində çoxlu qlükoza var və onların qlikemik indeksi yüksəkdir. Bu içkilərdən müntəzən istifadə mədəaltı vəzi üçün böyük yük yaradır və piylənməyə səbəb olur.
Bundan başqa, həkim qeyd edib ki, çox insan şəkər qataraq çay və ya qəhvə içir ki, bu da orqanizmin ümumi vəziyyətinə mənfi təsir göstərir.
İçkilərini müxtəlifləşdirmək istəyənlər üçün İvannikova suya təzə xiyar, nanə və ya limon əlavə etməyi və bədənin çəkisinin hər kilosu üçün 30 ml hesabı ilə belə içkidən istifadəni məsləhət görüb.





























