Gürcüstan Avropadan alacağı milyardları nəyə sərf edəcək?

Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstana edilən 3,9 milyard avro məbləğindəki yardım strateji sahələrin inkişafına, o cümlədən də Qara dənizdən fiberoptik və elektrik kabellərinin çəkilməsinə sərf ediləcək.

Bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natiya Turnava məlumat verib.

Avropa İttifaqı tərəfindən Gürcüstana ayrılan ümumi məbləğin 1,715 milyardı qrant, qalanı isə kreditdir.

“Bu, olduqca böyük həcmdə investisiyadır və o, əlaqələndirən faktorlarla birləşən ən strateji sahələrə gedəcək. Bu, rəqəmsal xidmətlərə və Qara dənizdən keçəcək fiber optik kabelə, elektrikötürücü xətlər və Qara dənizdən keçəcək yüksək gərginlikli kabelə, Gürcüstan və Aİ limanları arasındakı bərə nəqliyyatının aktivləşdirilməsinə də aiddir”, – deyə o, qeyd edib.

Nazirin sözlərinə görə, Gürcüstandakı kiçik biznesə də yardım ediləcək ki, bu da rəqabətədavamlılığı artırmağa kömək edəcək. Bu istiqamətdə məhsulun keyfiyyətinə və onun Avropa standartlarına müvafiqliyinə vurğu ediləcək.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş