Hər bir dəqiqədə 11 nəfər aclıqdan ölür

Az.shafaqna.com CNBC-a istinadən xəbər verir ki, son il ərzində aclıqdan ölən insanların sayı 6 dəfə artıb.

Bu barədə “Oxfam” təşkilatının məruzəsində bildirilib.

Belə ki, pandemiyanın başlamasından bəri hər 1 dəqiqədə dünyada 11 nəfər aclıqdan dünyasını dəyişir.

Hazırda dünyada 155 milyon insan kritik ərzaq çatışmazlığından əziyyət çəkir ki, bu rəqəm əvvəlki ildən 20 milyon daha çoxdur.

Aclığın əsas səbəbi çoxsaylı müharibələr və münaqişələr, həmçinin pandemiyanın səbəb olduğu iqtisadi sarsıntılardır. İqlim dəyişikliyi də burada özünün müəyyən rolunu oynayır.

Qlobal problemlərin fonunda ərzaq qiymətləri də 40 faiz artıb və bu, son dövlərin ən yüksək artımıdır.

Bundan isə ən çox əhalinin zəif hissələri əziyyət çəkir. Bunlar qadınlar, uşaqlar, miqrantlar və iqtisadiyyatın kölgə sektorunda çalışan işçilərdir.

Aclığın artım episentri Hindistan, Cənubi Afrika və Braziliyadır, həmçinin pandemiyadan ən çox zərər görmüş ölkələrdir.

Bu məqaləni paylaş