Az.shafaqna.com “Daily Mail”-ə istinadən xəbər verir ki, Şri-Lankanın Kolombo şəhərindəki həbsxanadan narkokuryer-pişik qaçıb.

Pişik Velikada həbsxanasının ərazisində tutulub. Onun boğazına içərisində 2 qram heroin, 2 sim-kart və yaddaş kartı olan kiçik paket bağlanılmışdı.

Pişik növbəti gün qaça bilib.

Xatırladaq ki, ötən həftə Kolombonun yaxınlığında narkokuryerlikdə şübhəli bilinən qartal da polis tərəfindən ələ keçirilib.