Az.shafaqna.com AA-ya istinadən xəbər verir ki, Fələstin prezidenti Mahmud Abbas bu gün Türkiyəyə gəlir.
Səfər 3 gün davam edəcək.
Bu barədə Türkiyə prezident administrasiyasından məlumat verilib.
11 iyuladək davam edəcək səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə təşkil edilib.
Danışıqların gündəliyində ikitərəfli əlaqələrin vəziyyəti və perspektivlərinin müzakirəsi var.
Ərdoğan və Abbas Fələstindəki humanitar vəziyyəti, Fələstin-İsrail münaqişəsi, Fələstindaxili razılığın təminatını və Fələstindəki seçkilərə hazırlığı müzakirə edəcəklər.
Bu məqaləni paylaş