Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, 3-tərəfli razılıqların həyata keçirilməsi çərçivəsində Azərbaycanla Qarabağ məsələsi üzrə kontaklar həyata keçirilir.
“Azərbaycanla kontaklar daimi əsasda davam edir. Hamı razıdır ki, 3-tərəfli razılıqların müddəalarının reallaşdırılması olduqca mühümdür və alternativsizdir. Və elə bu reallaşdırma çərçivəsində də erməni və Azərbaycan tərəfləri ilə kontaktlar həyata keçirilir”, – deyə o, qeyd edib.
Peskov bu şəkildə Rusiya prezidenti Vladimir Putinin işğalçı Ermənistan rejimi baş naziri vəzifəsinin icraçısı Nikol Paşinyanla ötən gün Moskavada keçirdiyi görüşdən sonra Azərbaycan tərəfi ilə hər hansı bir danışıqların planlaşdırılıb-planlaşdırılmadığı barədə sualı cavablandırıb.