NATO Ukraynaya mədəni şəkildə “YOX” dedi

Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, NATO baş katibinin xüsusi təmsilçisi Ceyms Appaturay bildirib ki, islahatların keçirilməsi Ukraynanın NATO-ya üzvlüyünə zəmanət verə bilməz.

O, qeyd edib ki, islahatlar Ukrayna üçün mühümdür, lakin NATO üzvü olmaq üçün müəyyən şərtlər siyahısını yerinə yetirmək kifayət etmir.

“Bu, belə işləmir. Yerinə yetirilməsindən sonra üzvlüyün verildiyi aşkar kriteriyalar yoxdur, çünki bunlar siyasi qərarlardır, sırf texniki kriteriyalar deyil”, – deyə Appaturay əlavə edib.

NATO rəsmisi deyib ki, ittifaqa qoşulmaq üçün təkcə Kiyev hazır olmalı deyil, həm də hərbi blokun özü də genişlənməyə dair qərar qəbul etməlidir.

Xatırladaq ki, daha öncə Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri postuna namizədlərə Ukraynanın NATO-ya üzvlüyü məsələsi ilə bağlı müraciət edib.

ETİKETLƏNDİ:
Bu məqaləni paylaş