Az.shafaqna.com RT-a istinadən xəbər verir ki, ABŞ Əfqanıstandan qoşunlarını çıxarmaqla bu ölkədə keçirdiyi 20 illik əməliyyatının iflasa uğradığını de-fakto etiraf edib.
Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bildirib.
“ABŞ Əfqanıstanda sadəcə olaraq qoşunlarını çıxarmır, onlar özlərinin 20 illik missiyalarının iflasını de-fakto etiraf edərək onları (qoşunlarını) çıxarırlar”, – deyə Lavrov qeyd edib.
Xatırladaq ki, ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, artıq Əfqanıstandakı ABŞ hərbçilərinin 90%-i bu ölkəni tərk edib.
Bu məqaləni paylaş