Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstan hava nəqliyyatının bərpası dinamikası sürətli templərlə 2019-cu il göstəricilərinə qayıdır.
Bu barədə Gürcüstan Vətəndaş Aviasiyası Agentliyi məlumat verib.
Cari ilin iyul ayına olan məlumatlara əsasən, Gürcüstan aviasiya bazarında artıq 38 aviaşirkət işləyir. Bu şirkətlər 27 ölkədə 72 istiqamət üzrə uçuşlar həyata keçirir.
2019-cu ilin analoji dövrü ilə müqayisədə, aviareyslərin 74%-i (həftədə 37-395 tezliyi ilə) və avia istiqamətlərin 72%-i bərpa edilib.
Artım tempi ilə Batumi Beynəlxalq Hava Limanı seçilir. Orada artıq 2019-cu ilin iyulundan 21% (həftədə 110-115 tezlik) daha çox uçuş həyata keçirilir.
Xatırladaq ki, müntəzəm uçuşlar 2020-ci ili mart ayında pandemiya səbəbi ilə dayandırılmışdı. Gürcüstan 1 fevraldan ölkəyə giriş üçün müəyyən qaydalar tətbiq edərək uçuşları bərpa edib.