
Az.shafaqna.com “El Pais”-a istinadən xəbər verir ki, İspaniya taxt-tacından imtina etmiş Xuan Karlos ölkənin indiki kralı olan oğlu VI Filipə məktub yazıb.
O, məktubunda ölkə tərk etmək qərarına gəldiyini bəyan edib.
Bu haqda Kraliyyət Sarayı məlumat yayıb.
“Sənə bu zamanda İspaniyadan kənara köçməyə dair ətraflı düşünülmüş qərarım barədə bildirirəm”, – deyə keçmiş kral qeyd edib.
Bildirilir ki, Xuan Karlosun bu qərarı İspaniya və İsveçrə prokurorluğunun kralın xaricdəki ehtimal edilən hesabları ilə bağlı araşdırmasının fonunda baş verib. Bununla belə, Xuan Karlosun vəkili bəyanat yayaraq əmin edib ki, müştərisi, ölkəni tərk etməsinə baxmayaraq, prokurorluğun istənilən prosessual əməliyyatları üçün əlçatandır.
Xatırladaq ki, Xuan Karlos 2014-cü ildə kraliyyətdən öz oğlunun xeyrinə imtina edib.






























