Az.shafaqna.com “Sputnik Georgia”-ya istinadən xəbər verir ki, Gürcüstanın Sameba kəndi yaxınlığında (Kvemo Kartli regionu) 3,2 bal gücündə zəlzələ baş verib.
Bu barədə Gürcüstan Milli Seysmik Mərkəzi məlumat verib.
Yeraltı təkanlar yerli vaxtla 10:26-da qeydə alınıb. Episentr 11 km dərinlikdə yerləşib.
Xatırladaq ki, bu, son 2 gündə baş vermiş 4-cü zəlzələdir.
Qeyd edək ki, sözügedən ərazidə təxminən 3 bal gücündə 1, 6 və 7 iyul, həmçinin 15, 18 və 25 iyunda da zəlzələlər baş verib.
Bu məqaləni paylaş