“Vətəndaşların hər sahədə həyat keyfiyyətini yüksəltmək üçün tələblərini yerinə yetirməyə cəhd edirik”.
Az.shafaqna.com trthaber-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada tamamlanan yaşayış komplekslərinin sahiblərinə təhvil verildiyi mərasimdə etdiyi çıxışda deyib.
Şəhərlərin əhali sayında həddindən artıq artımın bir müddət sonra Türkiyədə də sürətli və geniş yayılmış mənzil istehsalını məcburi hala gətirdiyini vurğulayan Ərdoğan “2003-2019 dövründə bir milyon 173 min binada 11 milyon 320 min ev inşa edildi. Bu rəqəm də göstərir ki, Türkiyənin mənzil probleminin həllində son 19 il kritik əhəmiyyətə malikdir” deyib.
Ərdoğan vətəndaşların hər sahədə həyat keyfiyyətini dövrün ruhu ilə yaxşılaşdırmaq tələblərini ödəməyə cəhd etdiklərini də dilə gətirib.